Qobustan qəsəbəsi yaxınlığında yanğın başladı - FHN-nin helikopteri hadisə yerində

440
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bakupost-un  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər