Ru
09:06 / 22 İyul 2019

Quba sakini atını kəfənləyərək dəfn edib – VİDEO

2790

Məkkədən qayıdan Quba sakini atını kəfənləyərək dəfn edib.


Bakupost Xəzər TV-yə istinadən xəbər verir ki, bunun səbəbi atın sahibini sağ-salamat gətirib kəndə çatdırmasıdır.


Söhbət Qubanın Buduq kəndindən gedir.


Sakinlərin sözlərinə görə, qədim zamanlarda bu kənddən xeyli insan Məkkə ziyarətinə gedib. Ziyarətə gedən qruplardan birində 20 nəfər olub və onlar atlarla gediblər. Atlardan 19-u aclıq və susuzluqdan yolda ölüb.


Biri isə müqəddəs torpaqları ziyarət etdikdən sonra sahibini kəndə çatdırıb və oradaca ölüb.


Sahibi də ata hörmət əlaməti olaraq onu kəfənləyib və oradaca dəfn edib. Heyvanın qəbrinin yerinin bilinməsi üçün də üzərinə daş qoyub.


Sonralar isə ərazidən keçənlər atın basdırıldığı yerə daş atıblar ki, qəbir itməsin. Həmin yeri isə "Daşqalağı piri" adlandırırlar.


İlahiyyatçılar isə bildirirlər ki, kəfənləyərk dəfn etmək və qəbir hazırlamaq insan üçün buyurulub. Heyvan üçün bunu etmək doğru deyil və xürafata yol açır. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər