Qubada belə bir kənd var - Turistlər bura balaca qızla şəkil çəkdirmək üçün gedir/ FOTOREPORTAJ

1660


Qubanın Qrız kəndi Avropanın 7-ci ən yüksək yaşayış məntəqəsidir. BakuPost xəbər verir ki, turizm potensialı baxımından hazırda Xınalıq kəndi ilə müqayisədə Qrız daha çox turistlərin marağına səbəb olur. Belə ki, son illər xüsusilə də qış aylarında kənddən 2 km məsafədə yerləşən "Qur-qur” şəlaləsini donmuş vəziyyətdə görmək üçün əsasən  həftəlik kəndə təxminən 300-500 nəfərə qədər yerli və xarici turist gəlir. Tur şirkətlərindən birinin sürücüsü deyir ki, təkcə ötən həftənin sonu Qrıza 700-dən çox turist gedib.

Kənd qadınları əsasən toxuculuqla məşğuldur. Təbii yundan hazırladıqları iplə toxuduqları corab və digər toxuma işlərini gələn turistlərə satmaqla maddi gəlir əldə edirlər. Bu corabların satış qiyməti 10 manatdır. Müqayisə üçün bildirək ki, İsmayıllının Lahıc kəndində bu növ corablar 5 manata satılır. Bundan əlavə, Qrızda bişirilən yeməklərə dad verməsi üçün adi duzun üzərinə qurudulub xırdalanmış kəklikotu, çələmir və cirə bitkiləri əlavə etməklə xüsusi dadlandırıcı hazırlayırlar.

Qeyd edək ki, bu bitkilər Cek və Qrız kəndlərində bitir və ancaq 3 ildən bir, iyun-iyul aylarında rast gəlinir.

Qrızın Zəhra adlı bir "günəş”i də var. Uşaq ötən ilin avqustunda səyahətçi-fotoqraf Azər Kazımov və Hava Rüstəmlinin Qrız səyahəti zamanı çəkdiyi şəkillərdən sonra insanlar tərəfindən maraqla qarşılanıb və ardından bu gün də kəndə gələn bütün onu tanıyanlar, nənəsi ilə birlikdə yaşayan bu qızı ziyarət edib onunla şəkillər çəkdirirlər. Zəhraya "Qrızın günəşi” adı veriblər.

BakuPost-un əməkdaşı Azər Kazımov dünən yenidən həmin kənddə olub. Onun hazırladığı fotolenti təqdim edirik:
 
Image may contain: one or more people and people sitting
Image may contain: cloud, sky, mountain, outdoor and nature
Image may contain: cloud, sky, outdoor and nature
Image may contain: cloud, sky, outdoor and nature
Image may contain: sky, snow, mountain, outdoor and nature
Image may contain: outdoor and nature
Image may contain: outdoor
Image may contain: sky, outdoor and nature
Image may contain: sky, snow, outdoor and nature
Image may contain: tree, snow, sky, outdoor and nature
Image may contain: snow, sky, tree, outdoor and nature
Image may contain: sky, snow, outdoor and nature
Image may contain: one or more people, snow, tree, outdoor and nature
Image may contain: snow, outdoor and nature
Image may contain: outdoor
Image may contain: mountain, sky, outdoor and nature
Image may contain: 1 person, standing, mountain, outdoor and nature
Image may contain: one or more people, sky, outdoor and nature
Image may contain: outdoor, nature and water
Image may contain: one or more people, people standing, shoes, outdoor and nature
Image may contain: outdoor
Image may contain: one or more people, sky, outdoor and nature
Image may contain: horse, outdoor and nature

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər