Ru
14:45 / 18 İyul 2019

"Qüdrətli dövlət naminə" - VİDEO

1415

Vergilər Nazirliyi cəmiyyətdə vergi ödəmə vərdişlərinin formalaşdırılması, ölkədə vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində təbliğat, məlumatlandırma və maarifləndirmə işlərini davam etdirir. Bu məqsədlə son dövrlərdə nazirliyin təşəbbüsü ilə bir neçə sosial reklam çarxı hazırlanıb.


Bakupost xəbər verir ki, sosial reklam çarxlarında Vergilər Nazirliyi tərəfindən vergilərin hara və nəyə xərclənməsi barədə həmin vergiləri ödəyənlərin daha ətraflı məlumatlandırılması, bu sahədə şəffaflığın təmin edilməsi obrazlı şəkildə ifadə olunub.


Sosial çarxların süjetləri real hadisələr əsasında qurulub və müxtəlif peşə sahiblərinin fədakar fəaliyyətinə həsr edilib. Bu məqsədlə təhlükəsiz, sağlam, qayğıkeş və savadlı dövlət naminə kimi əsas çağırışlardan istifadə olunub.


Vergilər Nazirliyi sosial çarxları kommunikasiya vasitələrində yayımlamaqla vergilərin ödənilməsinin vacibliyini, cəmiyyətdə ictimai dəstəyin artırılmasına nail olmağı qarşıya məqsəd qoyub.


Bu günlərdə Vergilər Nazirliyi tərəfindən sayca 4-cü olan "Qüdrətli dövlət naminə!” çağırışı ilə hazırlanmış növbəti sosial reklam çarxı hazırlanıb. Bu dəfə süjet xətti olaraq oyun zamanı öz yoldaşları tərəfindən kənarda saxlanan, əsgərlərin onu komanda şəklində oyuna cəlb etməsi ilə futbol oynamaq istedadı üzə çıxan azyaşlı uşağın həyat hekayəsi əsas götürülüb.Süjet xəttində vurğulanır ki, qəhrəman olmaq heç kimin borcu deyil, lakin vətəndaşlıq mövqeyini hər bir kəs hər zaman nümayiş etdirməlidir.


"Qüdrətli dövlət naminə” sosial reklam çarxının iyul ayında mərkəzi televiziya kanallarında və sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər