Ramil Səfərova ömürlük həbs verilməsi üçün hakimin cəhdləri

1241
"Məhkəmə qərarına əsasən psixiatr İldiko Kovaç və psixoloq Yanoş Xorvat 1335/2005 saylı ikinci ekspertiza rəyi verdilər. Ekspertlər bu rəyə əsasən Ramil Səfərovda post travmatik stress (possttraumas stress) olması diaqnozu qoydular. Ekspertlər Səfərovla onun istəyinə əsasən türk dilindən tərcüməçi vasitəsi ilə ünsiyyətdə oldular. Rəydə göstərilirdi ki, Səfərov əməli törədərkən , şəraiti öz düşüncəsinə uyğun qiymətləndirdiyindən öz hərəkətlərinin nəticələrini tam dərk edə bilməyib. Ekspertlər onun öz hərəkətlərini orta dərəcəli məhdudiyyətlə dərk etməsi nəticəsinə gəliblər".
 
BakuPost xəbər verir ki, bunu tanınmış vəkil Adil İsmayılov azərbaycanlı zabit Ramil Səfərov həbsdə olarkən onun müdafiəsi ilə bağlı görülən işlər haqqında yazıb.
 
 
Vəkilin sözlərinə görə, Macarıstanın Cinayət Məcəlləsində bizim CM-in 22.1.-ci maddəsində olduğu kimi "anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs " anlayışı olmaqla anoloji maddə də var. Bizim CM-in 22.2-ci maddəsində göstərilir ki, anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır. Macarıstan CM-də isə bu daha konkretdir və orda maddənin sanksiyası daxilində yüngül cəzadan söhbət gedir.
 
 
Bu isə o demək idi ki, hakim istəsə də Ramil Səfərova ömürlük həbs cəzası verə bilməyəcəkdi, görünür bu hakimi qane etmirdi. Beləliklə birinci və ikinci ekspertiza rəyləri arasında ziddiyyət yarandı . Hakim əvvəlcə ikinci ekspertizanın rəyini birinci rəyi vermiş ekspertlərə göndərdi. Onlar təbii ki, öz rəylərində qaldılar. Bundan sonra hər iki rəyi verən ekspertlər məhkəməyə dəvət edilib dindirildilər. Bu da yekdil nəticəyə gəlməyə imkan vermədi. Məhkəmənin hökmündə bir məqam diqqətimi xüsusi cəlb etdi. Hakim yazırdı: təqsirləndirilən şəxsin orduya "erməniləri öldürmək” məqsədilə getməsi barədə istintaqda verdiyi etiraf ifadəsinə zidd olaraq ikinci ekspertiza zamanı bunu "öz vətənini müdafiə etmək " məqsədilə etməsii barədə dediklərinə ikinci ekspert tənqidi yanaşmayıb və bunu əsas götürüb. İkinci ekspert özünə əziyyət verib təqsirləndirilən şəxsdən nə üçün ona danışdıqları simptomlar barəsində ilkin ifadələrində göstərməməsinin, hətta bir sıra məqamlarda suallara birinci ekspertlərə verdiyi cavablara zidd cavablar verməsinin səbəblərini öyrənməyə çalışmayıb”. Hakimin qərəzli mövqeyi onun dindirmə zamanı ikinci ekspertə qarşı açıq-aşkar aqressiv davranışından da görünürdü.

Dindirmədən sonra hakim üçüncü eksperiza təyin edilməsi barədə qərar verdi. Ekspertizanın keçirilməsi SOTE (Semelveys adına tibb univerditeti) ekspertləri psixiatr Margit Rabşteyn və psixoloq Margit Şooşa həvalə edildi. Bu ekspertlər faktiki olaraq ikinci ekspertizanın rəyini təsdiq etdilər. Əvvəlki ekspertiza rəyləri arasındakı ziddiyyəti isə tərcümənin yaratdığı və birinci ekspertizanın hadisədən dərhal sonra keçirildiyi üçün təqsirləndirilən şəxsin emosional gərginliyi ilə izah etdilər. Üçüncü ekspertizanın rəyinə əsasən təqsirləndirilən şəxs hadisə baş verərkən psixikasında olan pozuntular nəticəsində etdiyi hərəkətlərin xarakterini və nəticəsini yüksək dərəcədə məhdudiyyətlə dərk etmişdir. Hadisənin və onun nəticələrinin orta deyil yüksək dərəcədə məhdudiyyətlə dərk edilməsi ikinci və üçüncü rəylər arasındaki yeganə fərq idi desək yanılmarıq. Təbii ki, bu rəy hakimi ümumiyyətlə qane etmədi və o, dördüncü ekspertiza keçirilməsi barədə qərar verdi...
Davamı olacaq.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər