Ötən ilin iyununda birləşmək qərarı verən Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birgə konfransı keçiriləcək.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, birləşmə konfransının Prezident seçkilərindən sonra - fevral ayı ərzində keçirilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, iki ittifaq birləşməsi ilə yaranacaq yeni qurum Kino İşçilərinin Birliyi adı altında fəaliyyət göstərəcək.
Konfransda həmçinin Kino İşçiləri Birliyinin yeni sədri seçiləcək.
Məlumatlı mənbənin bildirdiyinə görə, hazırda bu posta Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Rasim Balayev və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Şəfiqə Məmmədova iddialıdırlar.
"Hazırda nə Rasim Balayev, nə də Şəfiqə Məmmədova öz iddiasındna geri çəkilmək istəmirlər. Ancaq böyük ehtimalla yeni qurumun sədri Rasim Balayev olacaq. Onun bununla bağlı artıq hakimiyyətdən xeyir-dua aldığı bildirilir", - deyə mənbə bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir.
Zaur
BakuPost
Şəfiqə Məmmədova hörmət etdiyimiz aktrisa idi. Rəhbər vəzifəyə təyin olunduqdan sonra onun haqqında bir yaxşı söz eşitmədik.(bir təhər oluruq biz, səhv düşəndə yerimiz). Rasim Balayevi Şəfiqə Məmmədova ilə müqaisə etmək cinayətdir. Rasim Balayev istedadlı, görkəmli, nümunəvi, ləyaqətli rəhbər olacaq!
Şəfiqə xanımın bu yaşında sədrlik harasına yaraşır? Əşşi, bu şöhrətpərəstlik, vəzifə düşkünlüyü bu xanımın gözünü elə örtüb ki, elə o birisi dünyaya da bu vəzifədən getmək istəyir. Ayıbdır axı, yaşınıza hörmət qoyun, gedin dincəlin. Əgər Şəfiqə xanım bundan sonra da vəzifəyə iddialı olsa, onda onun bütün titulları və sərvəti ona haram olsun!
Bunlarin tayları mərmərin arxasında baxır. Bunlar isə vəzifə davası edir.