Ru
10:38 / 22 İyul 2019

Rezidenturaya ixtisas seçimi başa çatdı

1580
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb. 


Bakupost xəbər verir ki, seçim iyulun 16-dan 22-dək davam edib.


Müsabiqə şərtini ödəyən namizədlər elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları "Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunan "Rezidenturaya qəbul aparılan ixtisaslar" bölümündən (səh. 5-7) seçib təsdiq ediblər. 


Xatırladaq ki, "Rezidentura” jurnalının 3-cü nömrəsində "Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri  dərc edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər