Ru
00:07 / 25 Dekabr 2018

“Rossiya 24”də 15 dəqiqəlik Bakı fasiləsi... - VİDEO

2229
Rusiyanın "Rossiya 24” telekanalı Azərbaycanla bağlı xüsusi reportaj hazırlayıb.


BakuPost xəbər verir ki, Mariya Qladkixin "Mersi Baku” adlandırdığı reportajında Azərbaycanın tarixi məkanları, yeməkləri, milli rəqsi, musiqisi haqda ətraflı məlumat verilib. 


Bakutel-2018 sərgisində də çəkiliş aparan rusiyalı jurnalist prezident İlham Əliyevdən müsahibə alıb. "Rossiya 24”ün əməkdaşı dövlət başçısı ilə söhbətə Azərbaycan dilində başlayıb. Daha sonra rus dilində davam etdirmək üçün prezidentdən icazə istəyib. Prezident İlham Əliyev gülərək "Azərbaycan dilində də çox gözəl danışırsınız” deyib.  


Prezident müsahibəsində vurğulayıb ki, Azərbaycana ən çox turist Rusiyadan gəlir: "Burada özlərini evlərindəki kimi hiss edirlər, dil baryeri yoxdur, onlara çox yaxşı münasibət var. Təbii ki, tarix də mühüm rol oynayır”.  



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər