Hansı bank etibarlıdır? - SORĞU
Ru
00:34 / 07 İyul 2019

Rus qızları gəmi kapitanı ola biləcək

5521
Qatar maşinsti, gəmi kapitanı və ya mexaniki olmaq istəyən, ancaq on illərlə bu arzularından vaz keçməyə məcbur olan rus qızları arzularını həyata keçirməyə yaxındırlar. BakuPost Rusiya mediasına istinadla xəbər verir ki, qadınlara bu kimi ağır fiziki işlərdə çalışmağı qadağan edən qanuna əlavə və düzəlişlər ediləcək. Bu qanun SSRİ dövründə, 1974-cü ildə qəbul olunub. O zaman hesab edilib ki, ağır işlər qadınların ana olması üçün zərərlidir. 2000-ci ildə Rusiya prezidenti Putin tərəfindən yenilənən həmin qanunda qadınların buldozerdə işləməkdən tutmuş yanğın söndürməyə qədər 38 sahədə, 465 növ işdə çalışması qadağan edilir. Hazırda əmək məsələlərinə məsul olan federal nazirlik qadınlar üçün qadağan olunan iş yerlərinin sayını ixtisar etməyi nəzərdə tutan qanun layihəsi hazırlayaraq Rusiya Dumasına göndərmək fikrindədir. Bu qanun parlament tərəfindən qəbul olunsa, 2021-ci ildən etibarın rusiyalı qadınlar avtomobil təmiri sahəsi, balıq ovu, buldozer, traktor və qatar idarə etmək kimi işlərdə çalışa biləcəklər. Bununla belə, təxminən 100 növ iş yeri yenə də qadınlar üçün qadağan olunmuş işlər siyahısında qalacaq. Buraya yanğınsöndürmə, dağ-mədən və kimya sənayesi üzrə ağır işlər aiddir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar