Rusdilli azərbaycanlılara ölüm arzulayan jurnalist işdən qovuldu

825
 
"ARB Media Qrup”u bölgə müxbiri Əlibəy Zeynallının işdən çıxarılması ilə bağlı məlumat yayıb.

Bakupost.az-ın məlumatına görə, bu barədə kanal rəhbərliyi məlumat yayıb.
 
Məlumatda bildirilir ki, jurnalistin belə ifadə işlətməsi yolverilməzdir: "ARB Media Qrup”un rəhbərliyi ARB TV-nin bölgə müxbiri Əlibəy Zeynallının "facebook" sosial şəbəkəsində yazdığı fikirlərinə təəssüflə yanaşır və bunun həm vətəndaşlıq, həm də professional nöqteyi-nəzərindən yolverilməz olduğunu düşünür. Telekanal tərəfindən adıçəkilən müxbirin işinə xitam verilməsi barədə iş yerinə məlumat göndərilib”.
 
Qeyd edək ki, ARB kanalının bölgə müxbiri Əlibəy Zeynallı feysbuk səhifəsində "Hörmətli rusdilli azərbaycanlılar, Allah sizi öldürsün" yazmışdı. Onun bu statusu müzakirələrə səbəb olmuşdu.
 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər