Rusiya-Azərbaycan sərhədində yeni yol

1175
Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsində Samur çayı üzərindən avtomobil körpüsünün 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur.

BakuPost.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Rusiyanın Şimali Qafqaz işləri üzrə nazirinin müavini Olqa Ruhullayeva bildirib.

O, "Yaraq Qazmalar" buraxılış məntəqəsi yaxınlığında iki ölkəni birləşdirən halqa yaradılacağını qeyd edib: "Gələcəkdə inşası nəzərdə tutulan Tahirkənd – Qazmalar arasında dolama avtomobil yolu sahəsində hazırda Yaraq Qazmalar üzərindən hərəkət edən nəqliyyat, o cümlədən gündəlik 300-dək yük nəqliyyat vasitəsi yeni istiqamətə yönəldiləcək".

Nazir müavini "Yaraq Qazmalar" buraxılış məntəqəsinin yenidən qurulması nəticəsində sərhəddə buraxılış gücünü artırmağı, bununla da Azərbaycan və İran da daxil olmaqla beynəlxalq və regionlararası iqtisadi ticari əlaqələri daha da gücləndirməyi hədəflədiklərini vurğulayıb.

Qeyd edək ki, Samur çayı üzərində inşa edilən 325 metr uzunluğundakı yeni körpü 1957-ci ildə tikilmiş mövcud körpünü əvəzləyəcək. Tikinti layihəsinin dəyəri 1,2 milyard rubldur. Körpüyə yanalma yollarını hər ölkə özü çəkəcək.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər