Ru
20:04 / 16 Avqust 2019

Rusiya və İran hərbi gəmiləri Bakını tərk etdi

2042
"Dəniz kuboku - 2019" beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Mahaçkala" və "Volqodonsk" kiçik artilleriya gəmiləri və İran Hərbi Dəniz Qüvvələrinin "Peykan" və "Cövşən" raket katerləri avqustun 16-da Bakı limanını tərk edib. Bu barədə  BakuPost-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, Azərbaycanda keçirilən "Dəniz kuboku-2019" yarışı zamanı hərbi dənizçilər "Artilleriya atışlarının yerinə yetirilməsi", "Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı" və "Dəniz hazırlığı" üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyənləşdiriblər. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı qüvvələrinin nümayəndələri "Dəniz kuboku-2019" müsabiqəsində müşahidəçi qismində iştirak ediblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər