Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:57 / 21 İyun 2022

Rusiyanın ən varlı deputatı tutuldu - Məhkəmə qərarı

3365
Rusiya Dövlət dumasının ən zəngin deputatı, Saxalin əyalətindən seçilmiş, “Moneron” şirkətinin təsisçisi Dmitriy Paşova hökm oxunub.


Bakupost.az xəbər verir ki, Vladivostok məhkəməsi onu cinayətkar qrup şəklində qaçaqmalçılıqda ittiham edərək, canlı krabların gömrük bəyannaməsindən keçirilmədən ölkədən çıxarılmasına görə təqsirli bilib.


İstintaq deputatın 2,6 milyard rubl dəyərində məhsulu qanunsuz çıxardığını sübut edib. Onun dövlətə 9,2 milyon dollar zərər vurduğu bildirilib.


Rusiya Federasiyasının Baş prokurorluğunun məlumatına görə, Paşkov 4 il 6 ay ciddi rejimli koloniyada cəzasını çəkməklə azadlıqdan məhrum edilib və 1 milyon rubl cərimə edilib.


Qeyd edək ki, 2020-ci ildə Forbes jurnalı onu Rusiyanın ən varlı deputatı elan etmişdi.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar