Ru
23:47 / 24 İyun 2019

Rusiyanın "Lenta.ru" saytı Azərbaycan xalqından üzr istədi

1951
"Lenta.ru" informasiya portalında Rusiya Federasiyasında yaşayan azərbaycanlı qadınlar barədə "Они заводят любовников втайне от мужа и хвастаются подругам" başlığı altında yazılmış məqalə saytdan çıxarılıb. BakuPost.az xəbər verir ki, Azərbaycanın Rusiyadaki səfirliyindən "Report"un Rusiya nümayəndəliyinə verilən məlumata görə, məqalə saytdan çıxarılıb və Azərbaycan xalqından üzr istənilib. Məlumatda deyilir: "Cari ilin 23 iyun tarixində "Lenta.ru” saytında dərc olunmuş Konstantin Dvoretskinin "Они заводят любовников втайне от мужа и хвастаются подругам" başlıqlı məqaləsi ilə bağlı bildiririk ki, aparılmış təxirəsalınmaz işlər nəticəsində sözügedən məqalə informasiya portalından çıxarılıb. Bundan əlavə, qeyd olunan saytda redaksiyanın Azərbaycan xalqından və Rusiyadakı Azərbaycan icmasının nümayəndələrindən üzr istəməsi, materialın xalqımızı təhqir etmək kimi bir məqsəd güdmədiyi haqda məlumat yerləşdirilmişdir". Nəzərinizə çatdıraq ki, "Они заводят любовников втайне от мужа и хвастаются подругам" başlıqlı məqalə iyun ayının 23 dərc edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər