Ru
18:53 / 15 İyul 2019

Saakaşviliyə bu ölkədə Baş nazir postu təklif edilib - VİDEO

2931
 

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Moldova Baş naziri Maya Sandunun Kişinyovdakı "islahatçılar komandasına başçılıq etmək” təklifindən imtina edib.


O, bunu canlı yayım zamanı bəyan edib.


"Hələ onun sələfi və onun bəzi yoldaşları də mənə hətta Moldovanın Baş naziri olmağı belə təklif etmişdilər. Mən bu təklifə belə cavab verdim ki, mən dəvət əsasında çalışan Baş nazir deyiləm. Moldovanlara hörmət edirəm, lakin mən yaşadığım yerdəcə oğrularla mübarizə aparacağam”, - o qeyd edib.


M.Saakaşvili deyib ki, "onun komandasından olan uşaqlar”, həqiqətən də, Kişinyova gedə bilərlər, lakin o, Kiyevdə qalaraq, Ukraynadakı siyasi mübarizədə iştirak etməyi üstün tutur.

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər