Sabah Milli Məclisin növbədənkənar sessiyası başlayır

482
Sabah – iyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək.

Bakupost xəbər verir ki, iclasın gündəliyinə 36 məsələ daxildir.

Bunlar "Məhkəmələr və hakimlər haqqında”, "Dövlət rüsumu haqqında”, "Banklar haqqında”, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Bələdiyyələrin statusu haqqında” və s. qanunlara, o cümlədən Mülki, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual, Cinayət Prosessual məcəllələrinə dəyişiklik layihələridir.

İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə də (ikinci oxunuş) baxılacaq.

İclas iyunun 14-də də davam etdiriləcək.

Növbədənkənar sessiyanın iyunun 28-də, iyulun 9-da və 12-də plenar iclaslarının keçirilməsi planlaşdırılır.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər