Ru
12:35 / 27 İyun 2019

Sabiq deputatların pensiyası artırılır? - Milli Məclisə TƏKLİF Milli Məclisə TƏKLİF

1843
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında pensiyada olan deputatların pensiyasının artırılmasını təklif edib.


Bakupost-un Report-a istinadən xəbərinə görə, o deyib ki, sabiq deputatlar ona müraciət ünvanlayıblar.


"Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər”, deyə o, vurğulayıb. 


Deputat dövlət qurumlarına müraciət edərək bu məsələyə baxılmasını xahiş edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər