Sabir Rüstəmxanlı: "Şirməmməd Hüseynov hər zaman örnək sayılacaq"

368
 
Azərbaycanın Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı görkəmli jurnalist Şirməmməd Hüseynovun vəfatı ilə bağlı nekroloq verib.
 
Bakupost.az-ın məlumatına görə, S.Rüstəmxanlı Ş.Hüseynovla bağlı düşüncələrini qeyd edib.
 
"Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynov vəfat edib. Azərbaycan tarixinin qiymətli tədqiqatçısı, nüfuzlu alim 95 yaşında dünyasını dəyişib.

Şirməmməd Hüseynov milli fikir və milli inkişaf tariximizdə, milli istiqlal mücadiləmizdə və milli əxlaq xəzinəmizdə millət başını ucaldan, milli qürur gətirən, öz həyatı, mübarizəsi, ictimai fikir cərəyanı ilə bu sırada qərarlaşan və öz varlığı ilə milli sərvət xəzinəmizi daha da zənginləşdirən şöhrət zirvələrimizdən biri idi. Bir müəllim, alim, ziyalı, vətəndaş və insan kimi Şirməmməd Hüseynov hər zaman örnək sayılacaq. 

Biz bu ağır itki ilə əlaqədar mərhumun yaxınlarına, qohumlarına, sənət dostlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Onun əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.

Allah rəhmət eləsin!

VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı və Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası"

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər