Ru
16:44 / 18 Dekabr 2023

Sabir Rüstəmxanlının kəndinə qaz çəkiləcək

8281
Yardımlının Hamarkənd kəndinin sakinləri nəhayət ki, mavi yanacaqla təmin olunacaqlar.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Sabir Rüstəmxanlı baş nazir Əli Əsədova müraciət ünvanlayıb.

Müracətdə qeyd olunur ki, bir müddət öncə ətraf kəndlər qazlaşdırılsa da, indiyədək Hamarkəndə qaz xətti çəkilməyib.


Millət vəkilinin müraciətinə müsbət cavab verilib. Belə ki, məsələ ilə bağlı "Azəriqaz"dan daxil olan cavab məktubunda bildirilir ki, Yardımlı rayonunun Hamarkənd kəndinin daşıyıcı və paylayıcı qaz kəmərlərinin tikintisi 2024-cü ilin kapital qoyuluşu proqramına daxil edilib.


Gələn il artıq kənd sakinləri mavi yanacaqdan istifadə edə biləcəklər.

Zaur
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər