Ru
16:48 / 25 İyun 2019

- Bakıda hava sərinləyəcək Şad xəbər

3860

İyunun 26-dan Bakıda və Abşeron yarımadasında havanın temperaturu enəcək.


Bakupost xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra
Tağıyeva deyib.

Onun sözlərinə görə, Bakını və Abşeron yarımadasını kəskin istilərdən
"xilas” edən arabir güclənən şimal küləyi iyunun 26-27-də temperaturun
2-3 dərəcə aşağı enməsinə səbəb olacaq.


U.Tağıyeva qeyd edib ki, növbəti isti günlərin iyunun 28-29-da olacağı gözlənilir.

İyunun 30-dan başlayaraq yenidən şimal küləyi güclənəcək. İlkin proqnoza görə, iyul ayının ilk günləri nisbətən sərin keçəcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər