Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:34 / 21 Fevral 2022

Sadıkovun ən yaxın adamı həbs olundu: “MN-də daha böyük həbslər olacaq” - Polkovnik

84808
“Həbs olunan, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd keçmiş qərargah rəisi Nəcməddin Sadıkovun yaxınıdır. Düşünürəm ki, N. Sadıkovun orduya təsirini azaltmaq üçün, onun kadrlarını ordudan tam təmizləmək lazımdır. Çünki o yerində dinc dayanmır”.




Bu sözləri Bakupost.az -a Silahlı Qüvvələrin Hərbi Polisinin sabiq rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Müdafiə Nazirliyindəki həbslərlə bağlı danışarkən deyib.


Onun sözlərinə görə N. Sadıkovun orduda olan kadrları ona hansısa məlumatları ötürürlər:




“Vətən Müharibəsindən əvvəl N. Sadıkovun Müdafiə Nazirliyində korrupsiya, rüşvətxorluqla bağlı əməlləri tez-tez mətbuatda yazılırdı. Müdafiə Nazirliyinin Maliyyə İdarəsindəki həbslərin hamısı daha keçmişə qaynaqlanır. İnanmıram ki, DTX onları bu gün aşkarlayıb. Fikrimcə, bunlar çoxdan nəzarətdə idi. Onlar haqqında qəti qərar qəbul olunması üçün materiallar toplanırdı”.



Hərbi ekspert bildirib ki, Müdafiə Nazirliyində Büdcə və Maliyə İdarəsinin rəisi sırf N. Sadıkovun birbaşa dəstəyi ilə təyin edilmiş şəxsdir:


“Ştat strukturu dəyişdikdən sonra köhnə işlər idarəsinin rəisi, polkovnik İlqar Məmmədov vəzifədən azad edildi. O birbaşa N. Sadıkovun adamı idi. Onu da ordudan təxris etdilər. Hesab edirəm ki, onun dövrünün yoxlanılması məqsədəuyğundur. Düşünürəm ki, yoxlama nəticəsində çoxsaylı yeyintilər və çatışmazlıqlar aşkarlanacaq. N. Sadıkovun kadrları hələ də vəzifədədir. Hesab edirəm ki, onları tam şəkildə təmizləmək lazımdır. Bu gün o kadrlar öz köhnə rəislərinə hansısa məlumatları ötürür. N. Sadıkovun sağ əli Zahid vardı və orduda onu “Şlyapa Zahid” kimi tanıyırdılar. Onun qudası Hərbi Hava Qüvvələrinin maliyyə rəisi idi, həbs olunub. O da sırf Nəcməddin Sadıqova bağlı insan idi”.




R. Məhərrəmov satınlamlarla bağlı məsələyə də aydınlıq gətirib:


“Satınalma idarəsi ilk dəfə Müdafiə naziri Zakir Həsənovun vaxtında sərbəst bir qurum kimi yaradılıb. Amma Səfər Əbiyevin vaxtında belə bir qurum yox idi. Onun dövründə komissiya vardı və belə məsələlər ilə o məşğul olurdu. Daha sonra bunu sərbəst qurum kimi yaratdılar. Bütün sənədlər satınalmadan keçirdi. Əvvəllər idarə rəisləri Müdafiə Nazirliyindən kənarda özləri bunu sərbəst alır və sərbəst paylayırdılar. Daha sonra bunu mərkəzləşmiş formada etdilər. Görünür ki, burada çox ciddi problemlər var”.



Ekspert qeyd edib ki , DTX tərəfindən bu maliyyəçilərin həbs olunması, bu qədər cinayətlərin üstünün açılması Müdafiə Nazirliyindəki nəzarətsizlikdən irəli gəlir:

“Maliyyəçi hansısa hərbi hissənin maliyyə tələbatı haqqında Müdafiə Nazirliyinin Maliyə İdarəsinə sifariş verir. Həmin Maliyə İdarəsi isə verilən sifarişi yoxlamalıdır ki, tələbat verilən sifarişlə üst-üstə düşsün. Əgər üst-üstə düşmürsə, onlar yenidən əsaslandırılmış sifariş tələb etməlidirlər. Görünür, burada Maliyə İdarəsinin özündə bilərəkdən buna göz yumublar və bu qədər yeyintilər ortaya çıxıb. Hər bir halda Müdafiə Nazirliyinin Maliyə və Büdcə idarəsi nəzarət etməli idi. Yəqin ki, bunlar əlbir olublar”.


Sabiq rəisin sözlərinə görə, daha dərin yoxlasalar, həbslərin sayı artacaq:


“Düşünürəm ki, Müdafiə Nazirliyindəki başqa sahələr, məslən, Maddi-Texniki Baş İdarəsi də yoxlanılmalıldır. Onların da satınalmaları, tikintiyə xərclədiyi pulları var. Bu yoxlamalarla bərabər həbslərin sayı da çoxala bilər. Axırıncı hadisələr ondan xəbər verir ki, təkcə DTX deyil, Hərbi Prokurorluq da öz vəzifəsini yerinə yetirir və öz sahəsində ciddi yoxlamalar həyata keçirir. Yoxlamaların da nəticəsi göz qabağındadır. Bir satınalmada 3.5 milyon manat yeyintinin aşkar olunması çox pis olaylardan xəbər verir. Müdafiə Nazirliyi elə bir qurumdur ki, bu hallar orada olmamalıdır. Çünki bu, insanların büdcəyə toplanan pullarıdır. Torpağımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz, qazilərimiz var. Yəni, Müdafiə Nazirliyi İdman Nazirliyi deyil. Bu nazirlikdə ciddi surətdə nəzarət olmalı və orduda təmizlik işləri aparılmalıdır”.




Fəridə
Baku Post
Şərhlər
  • Fizuli Qasimov

    Rovshen S,Ebiyev ucun duz demedin............

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar