Ru
15:08 / 05 Noyabr 2018

Şagirdlər bayrağımızı yerə çəkdilər, tənqid olundular - Qanun nə deyir?

4104
9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar məktəblilər arasında keçirilən müsabiqələrdən birində üçrəngli bayrağımızın yerdə çəkilməsi müzakirələrə səbəb olub. 


Şagirdlərin yerdə rəsm çəkərkən bayrağımızı da asfalta həkk etməsi birmənalı qarşılanmayıb. Hətta bəzi sosial şəbəkə istifadəçiləri bu addıma sərt reaksiya verib.


Məsələ ilə bağlı BakuPost-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, belə müsabiqələr hər il nəinki Azərbaycanda, bütün dünya məktəblərində keçirilir.

 

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу kamran əsədov

 

Ekspertin sözlərinə görə, həmin müsabiqələrdə bütün atributlar və ən ehtiram göstərilən dəyərlər (bayraq, ölkənin xəritəsi, əsgər görüntüsü və digər bu kimi rəsmlər) mövzusunda uşaqların yaradıcılığı əks olunur: "Hər il bir sıra əlamətdar günlərdə uşaqlar arasında asfalt üzərində çoxsaylı rəsm müsabiqələri keçirilir. Bu, bütün dünyada yayılmış tendensiyadır. Bayraq Günü ərəfəsində məktəb şagirdlərinin tədbir üçün hazırladıqları kompozisiya üçün çəkmiş olduqları rəsm ətrafındakı qara fonlu hay-küy adekvat deyil”. 


K. Əsədov bayraq haqqında qanundan da bəhs edib: "Bayraq haqqında qanuna görə, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər var. Amma o məhdudiyyətlərdə deyilir ki, Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz. Amma yerə çəkilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb. 


Bunlar azyaşlı uşaqlardır. Onlar sabahın naziri, həkimi, müəllimi və bəzən də şəhididirlər...”

 



Ekspert dövlət bayrağımızın bir çox beynəlxalq yarışlarda da yerə çəkildiyini xatırladıb: "Dövlət bayrağı Bakı şəhərində keçirilən bir çox beynəlxalq yarışlarda da yerə çəkilib. Keçirilən bu tədbirlərin, görülən işlərin əsas məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, şagirdlərin yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaqdan ibarətdir. Kimlərsə Roma papasından artıq katolik olmaq istəyirlər deyəsən”.

 

Nigar

BakuPost
Şagirdlər bayrağımızı yerə çəkdilər, tənqid olundular -  Qanun nə deyir?
Şagirdlər bayrağımızı yerə çəkdilər, tənqid olundular -  Qanun nə deyir?
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər