Şagirdlərin olduğu avtobus qəzaya düşdü - Yaralıların vəziyyəti ağırdır

536
Bu gün səhər saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

BakuPost xəbər verir ki, "Qafqazinfo"ya məktəbdən daxil olan məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub.
 
Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib. 

217 nömrəli tam orta məktəbdən bildirilib ki, avtobusda məktəbin iki şagirdi xəsarət alıb və hər ikisinin vəziyyəti ortadır: "Nəticədə 4-cü sinif şagirdi Ramal Babayev 1 saylı Şəhər Klinik Xəstaxanasına, 8-ci sinif şagirdi Mehman Əsgərov isə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Hər ikisinə baş çəkmişik, vəziyyətləri ortadır”.

Onu da qeyd edək ki, ilkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, İdarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.

BŞTİ-dən onu da bildiriblər ki, aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər