Ru
12:53 / 13 İyul 2023

Samsung-un yeni qatlanan telefonları - Qiymətlər MƏLUM OLDU

Samsung-un yeni qatlanan telefonları - Qiymətlər MƏLUM OLDU
Eye

Samsung-un yeni qatlana bilən telefonları Galaxy Z Fold 5 və Galaxy Z Flip 5-in satış qiymətləri məlub olub.

Bakupost.az xəbər verir ki, Cənubi Koreyalı smartfon istehsalçısı Samsung şirkəti ilk dəfə Galaxy Fold ilə qatlana bilən telefon bazarına girib.

Daha sonra bir çox istehsalçı öz qatlanan modellərini buraxmağa başlayıb.

Canalys-in bazar araşdırmasına görə, keçən il ümumilikdə 14,2 milyon qatlanan smartfon satılıb.

Onların 11 milyonunu yalnız Samsung markalı telefonlar təşkil edib. Şirkətin bu bazardakı payı 80 faizə yüksəlib.





Samsung 26 iyulda Galaxy Z Fold 5 və Galaxy Z Flip 5 telefonlarını təqdim edəcək.

Artıq telefonların Avropa qiymətləri sızdırılıb.

256 GB-lıq Z Flip 5-in 1200 avroya (2273 AZN), 512 GB-lıq Z Flip 5-in isə 1340 avroya (2538 AZN) satılacağı bildirilir. 256GB Z Flip 4 keçən il 1170 avroya (2216 AZN), 512GB Z Flip 4 isə 1290 avroya (2444 AZN) satılıb.


Galaxy Z Fold 5-də daha ciddi qiymət artımı var. 256 GB-lıq model 1900 avroya (3599 AZN), 512 GB-lıq model 2040 avroya (3864 AZN), 1 TB-lıq model isə 2280 avroya (4319 AZN) satılacaq.

Araşdırmada bu il təxminən 30 milyon qatlanan ekranlı smartfonun satılacağı təxmin edilir.

Display Supply Chain Consultants (DSCC) tərəfindən paylaşılan yeni hesabata görə, qatlana bilən telefon tədarükü 2023-cü ildə 30 faiz artacaq.

Aygün
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar