Ru
21:56 / 18 İyul 2019

"Səbail" avrokuboklarda çıxışını dayandırdı

2054
Bakının "Səbail” klubu avrokuboklarda çıxışını başa vurub. BakuPost-un məlumatına görə, debütü Avropa Liqasına təsadüf edən Aftandil Hacıyevin yetirmələri I təsnifat mərhələsini adlaya bilməyib. Topaz Premyer Liqasının bürünc mükafatçısı ilk oyunda 2:3 hesabı ilə uduzduğu Rumıniyanın "Universitatya Krayova” klubu ilə səfər matçında məğlubiyyətin əvəzini çıxa bilməyib. Bakılılar yenə eyni hesabla məğlub olublar. Təmsilçimiz 0:2 hesabı ilə geri düşdüyü görüşün gedişində tarazlıq yarada bilsə də, son dəqiqələrdə buraxılan qol meydan sahiblərinə qələbə qazandırıb. "Səbail”in heyətində Ağabala Ramazanovla Dilan Duventru fərqlənib.
 

 

**

 

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları davam edir.

 
BakuPost-un  APA-ya istinadən məlumatına görə, yarışa bu raunddan başlayan Azərbaycanın "Səbail" klubu da cavab oyununu keçirir. Topaz Premyer Liqasının bürünc mükafatçısı səfərdə "Universitatya Krayova” ilə üz-üzə gəlir. Aftandil Hacıyevin komandası çətin vəzifənin öhdəsindən gəlmək üçün mübarizə aparır. Bakıda 2:3 hesabı ilə uduzan təmsilçimiz Rumıniyada ən azı 2 top fərqi ilə qalib gəlməlidirlər. Minimal hesablı qələbənin heç olmasa əlavə vaxt üçün yetərli olması üçün isə bakılılar 3 top vurmalıdır.
 

Avropa Liqası
I təsnifat mərhələsi Cavab oyunu 18 iyul
 

20:00. "Universitatya Krayova” (Rumıniya) – "Səbail” (Azərbaycan) - 0:0

 

Baş hakim: Helqi Mikael Yonasson

 

"Universitatya”: 13. Mirko Pilyatselli, 2. Tyaqo Ferreyra, 5. Boqdan Vetejelu, 6. Renato Keliç, 8. Aleksandru Mateyu, 9. Fortes Dos Santos, 10. Aleksandru Çikeldeu, 11. Nikuşor Banku (K), 14. Kamer Qaka, 22. Kristian Barbux, 27. İvan Martiç

 

Ehtiyat oyunçular: 1. Laurentiu Popesku, 3. Mariuş Brisyaq, 4. Florin Bortsa, 7. Mixay Roman, 21. Antoni İvanov, 23. Vasile Konstantin, 24. Florin Qardoş

 

Baş məşqçi: Korneliu Papura

 

"Səbail”: 12. Daniel Bojinovski, 5. Vüqar Bəybalayev, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (K), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 91. Bilal Həmdi

 

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Dilan Duventru

 

Baş məşqçi: Aftandil Hacıyev

 

Krayova. İon Oblemenko stadionu
İlk oyun – 3:2
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər