Ru
21:57 / 11 İyul 2019

"Səbail" evdə məğlub oldu

2219
Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları davam edir. BakuPost-un  APA-ya istinadən məlumatına görə, Topaz Premyer Liqasının bürünc mükafatçısı "Səbail” avrokuboklarda debüt matçına evdə çıxıb. Bakı klubu Rumıniyanın "Universitatya Krayova” klubu ilə üz-üzə gəlib. Aftandil Hacıyevin yetirmələri güclü rəqibi ilə bacarmayıb. Oyun qonaqların üstünlüyü ilə start götürüb. Bu səbəbdən ilk qol da Krayova təmsilçisindən gəlib. Matçın 13-cü dəqiqəsində Aleksandru Mateyu stadiona toplaşan azarkeşləri məyus edib. Ardınca Ağabala Ramazanov komandamızı ümidləndirib - 1:1. Lakin ikinci hissə "Səbail" üçün uğursuz alınıb. Paytaxt klubu Nikuşor Banku və Mixay Romanın qollarına mane ola bilməyib - 1:3. Görüşdə son nöqtəni isə Ağabala Ramazanov qoyub. O, özünün və komandamızın ikinci qolunu vursa da, meydanı "Universitatya Krayova” qələbə ilə tərk edib - 3:2. Bununla da, "Səbail" işini çətinə salıb. Komandalar cavab oyununu iyulun 18-də keçirəcəklər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər