Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın Kiyevi tərk etməsi ilə bağlı xəbərlər yayılıb.
Səfirin görünməməsi, muharibə başlayandan indiyə kimi cəmi iki dəfə
açıqlama verməsi, vəzifəsinin öhdəsindən gələ bilməməsi sosial şəbəkələrdə ciddi müzakirə olunur.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, E. Axundova fevralın 27-də Moldova sərhədində olub. Xanım səfirin həmin gün Ukrayna ərazisini tərk etməsi iddia olunur.
Onun Kiyevdə olduğu müddətdə də soydaşlarımıza heç bir köməklik göstərməməsi, Ukrayna səfirliyimizin işini Diaspor üzrə Dövlət Komitəsinin və bir sıra diaspor fəalının, eyni zamanda ölkəmizin Moldovadakı səfirliyinin gördüyü qeyd olunur.
İttihamlarda nəyin ki, adi vətəndaşlarımızın, hətta Ukraynada fəaliyyət göstərən jurnalistlərimizin də problemlərilə maraqlanmadığı yer alır.
Dünən Ukraynadan qayıdan Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev də bu məsələyə işarə vuran status yazıb:
“Bu gün həm Ukraynada, həm Rumıniyada, həm də Moldovada azərbaycanlıların problemlərini bir şəxş həll edir - Qüdsi Osmanov. Bütün səfirlərimizə belə vətənpərvərlik və kişilik arzu edirəm. Yeri gəlmişkən, Rumıniyadakı səfirimizin adını da bilmirəm”.
AzTV-nin Ukrayna bürosunun keçmiş əməkdaşı, tanınmış jurnalist Mövsüm Aslanov da hazırladığı reportajda Ukrayna səfirliyinin fəaliyyətinin iflic olduğuna diqqət çəkib və qeyd edib ki, səfirlik əməkdaşlarının bir qismi Ukraynadan qaçıb.
Sitat: “Azərbaycanın Ukraynadakı səfirliyinin bir qisim əməkdaşları artıq Ukraynada yoxdur”.
Məsələyə aydınlıq gətirmək üçün Bakupost-un əməkdaşı Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Elmira Axundovanın Kiyevdə olub-olmamasıiyla bağlı suala bir cümləylə cavab verib: “Ukraynadakı səfirliyimiz fəaliyyətini davam etdirir”.
Azərbaycanın Ukraynadakı səfirliyindən cavab almaq cəhdi isə baş tutmayıb.
Əlavə edək ki, hüquqşünas Aslan İsmayılov da E. Axundovanın harada olması ilə bağlı paylaşım edib.
Həmin paylaşıma rəylər yazan istifadəçilər səfirin fəaliyyətini sərt tənqid ediblər.
Ayşən
BakuPost
Ramiz Mehdiyevin bütün kadrları kimi o da öz kriminal fəaliyyəti ilə intensiv olaraq məşğul olmuş və indidə olur.Qalır çox hörmətli Ceyhun Bayramova və hörmətli prezidentimiz İlham Əliyevə qətiyyətli qərar qəbul etməklə,millətin canını Elmira Axundovadan xilas edə bilsin.