Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:09 / 11 Aprel 2022

Səfirlərimiz arasında gərginlik - Qüdsi Osmanovun yaydığı VİDEO siyasi qalmaqal yaratdı

22143
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Türkiyədəki səfirimiz, diplomatik korpusumuz barədə ağır ifadələr işlədib.


Bakupost.az xəbər verir ki, o, Ukraynadan təxliyə olunmuş azərbaycanlılarla İstanbul aeroportunda görüşüb və bu barədə video paylaşıb.


Həmin videoda soydaşlarımız Türkiyədəki səfirliyimiz barədə şikayət edib, onların diqqətsizliyindən gileylənib.

Q.Osmanov isə ad çəkməsə də, səfirliyimiz barədə kəskin ifadələr işlədib: “Onlar hamısı öz cəzasını alacaq. Dövlət heç kimi boş buraxmır, dovşanı arabayla tutur. Əgər dünən burada bir əclaf sizi qarşılasaydı, düzgün söhbət etsəydi, indi burda problem olmazdı. Xeyli adam Bakıya çatardı. ”


Səfir daha sonra soydaşlarımıza səbirli olmağa çağırıb: “Sizin özünüz həmin adamlardan dəyərlisiniz. İnsanın dəyəri vəzifəsilə ölçülmür. İnsanlara münasibətilə ölçülür. Bizin Prezidentimiz gedib kənd adamının əlini öpür, onlara ehtiramını bildirir. Mən də Prezidentin nümayəndəsi kimi sizin yanınızdayam. Siz yaramaz adamlara fikir verməyin”.





Bu videonu Müsavat Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu özünün feysbuk hesabında paylaşaraq, Q.Osmanovun haqlı olduğunu bildirib, Türkiyə və Ukraynadakı səfirlərimizi müftəxor adlandırıb: “Ankarada böyük səfirliyimiz, İstanbulda çoxştatlı konsulluğumuz olduğu halda, Moldova səfiri Qüdsi Osmanov gedib İstanbulda müharibə qaçqınlarının problemlərini həll edir. Heç nəyə yaramayan diplomat və müftəxor XİN çalışanlarını sistemdən uzaqlaşdırmaq lazımdır. Fərarilik edib, Kiyevdən qaçan Elmira Axundova hələ də Ukrayna səfiridir! Hələ də səfir kimi yüksək maaş alır! Belə olmaz axı!!! Bu yaramazları, öz vəzifəsinin öhdəsindən gələ bilməyənləri hələ də iş başında saxlamağın anlamı nədir! Fövqəladə durumlarda adekvat olmayan bütün dövlət kadrosu yenilənməlidir!”.



E.Mirzəyev
BakuPost
Şərhlər
  • BABA

    O səfirlər hamısı pul verib oturublar orda. Kimdir onları işdən çıxaran?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar