Ru
17:40 / 15 İyul 2019

Şəkidə ağır yaralanan İlkin “Semaşko”da qaldı, suriyalılar özəl xəstəxanaya yerləşdirildi

3364
Xan Sarayında baş verən hadisədə ən ağır xəsarət alanlardan biri də "Qəbələ” klubunun əməkdaşı, jurnalist İlkin Məmmədovdur.


O, ən ağır xəsarət alan olsa da, suriyalı zərərçəkənlər özəl xəstəxanalara, İlkin isə "Semaşko”ya yerləşdirilib.


Bakupost xəbər verir ki, bu barədə "Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz "Facebook” profilində yazıb:


"İlkin son illərdə yetişən ən istedadlı gənclərdən biri olmaqla yanaşı əxlaqı, tərbiyəsiylə də hər kəsin rəğbətini qazanıb. İlkinlə yanaşı Bakıya helikopterdə gətirilən daha 3 nəfər (Suriya vətəndaşları) İlkinlə müqayisədə daha az xəsarət alsa da bugün özəl xəstəxanaya köçürülüb. Bəli, yanlış duymadınız yüngül zədə alan suriyalıları özəl xəstəxanaya aparıblar - ayağı 2 yerdən sınan, qabırğasında əzik (inşallah ki, sadəcə əzikdi), kəllə-beyin travması keçirən azərbaycanlını isə Semaşkoda saxlayıblar, bəlkə də taleyinə gedişatına!


Dünəndən tanıyan-tanımayan bütün media, TV hərkəs İlkinə dəstək olmağın yollarını axtarır. Həmkarlarından fərqli İlkini ziyarət etməyən, amma əvəzində görmədən-bilmədən İlkinə yüksək tibbi xidmət göstərildiyini yazıb "like" boxçasını dolduranlar yəqin məsələni diqqətdə saxlayarlar.


İlkin bu cəmiyyətə lazımlı insandır”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər