Ru
08:48 / 30 Avqust 2026

Şəkidə itlər niderlandlı qadını ağır yaraladı – Xilasetmə üçün helikopter qaldırıldı - VİDEO

Şəkidə itlər niderlandlı qadını ağır yaraladı – Xilasetmə üçün helikopter qaldırıldı - VİDEO
Eye

Şəki rayonunun dağlıq ərazisində Niderland vətəndaşı itlərin hücumuna məruz qalaraq ağır yaralanıb.


“Bakupost” xəbər verir ki, hadisə avqustun 29-da Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində baş verib.

Turizm məqsədilə avqustun 26-da Frankfurt–Bakı aviareysi ilə Azərbaycana gələn 1979-cu il təvəllüdlü Kramer Anne Hestler avqustun 29-da səhər saatlarında Şəkinin dağlıq ərazisində piyada yürüşə çıxıb.

Çələngi yaylağı istiqamətində hərəkət edən niderlandlı turist itlərin hücumuna məruz qalıb. Nəticədə o, başından və bədənindən çoxsaylı açıq yara xəsarətləri alaraq dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.

Hadisə barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinə məlumat daxil olub.

Ağır yaralı turistin təxliyəsi üçün DSX-nin Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının helikopteri əraziyə cəlb edilib. Helikopterlə hadisə yerinə tibb heyəti və xilasetmə qrupu göndərilib.

Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, qaranlıq hava şəraitində və çətin dağlıq relyefdə həyata keçirilən xilasetmə əməliyyatı zamanı turistə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Daha sonra yaralı helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və təcili əməliyyat olunub.


Şəkidə itlər niderlandlı qadını ağır yaraladı – Xilasetmə üçün helikopter qaldırıldı - VİDEO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar