Ru
22:24 / 15 İyul 2019

Şəkidəki faciəyə görə qurumlar bir-birini ittiham edir

2386
"Şəkidə budağı sınaraq turistlərin üzərinə düşən ağacın budanması üçün dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm. Amma 2016-cı ildən bu tərəfə gəlib bu ağacı budayan olmayıb".
BakuPost xəbər verir ki bu sözləri "Sputnik Azərbaycan"a açıqlamasında Şəki Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva söyləyib.

 

O, bildirib ki, "Xan çinarı" "Qırmızı Kitab"a düşdüyündən, qoruq ərazisində olduğundan ağacın budanmasını da ancaq şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyi həyata keçirməlidir: "Mən Tarix Memarlıq Qoruğunun direktoruyam, Təbiət Qoruğunun yox. Amma bununla belə mən ağacın budanması üçün aidiyyatı qurumlara məktub yazmışam. Budanması üçün də müsbət rəy verilib. Axırıncı dəfə hadisə baş verməzdən bir neçə gün öncə Kommunal Təsərrüfat İstehsalat Birliyi ilə də əlaqə saxladım ki, gəlib ağacı budasınlar. Dedilər gəlib budayacaqlar. Amma gəlib budayan olmadı".
T.Abdullayeva deyir ki, "Xan çinarı" ağacının hündürlüyü 47 metrə çatdığından onun budanması üçün qaldırıcı qurğu və mütəxəssislər olmalıdır: "Əslində bu ağac qədimdən qaldığından aidiyyatı qurumlar nəzarət etməli, vaxtı-vaxtında budamalıdırlar". Şəki Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Nizami İsmayılov isə bildirib ki, ağac qoruq ərazisində olduğundan, onun budanması Kommunal Təsərrüfat İstehsalat Birliyinin dislokasiyasına aid deyil: "Şəki Xan sarayının həyətinə maşın daxil ola bilmir. O ağacı budamağa xüsusi texnika və mütəxəssis lazımdır. O da bizdə yoxdur. Ona görə də, ağacı budanması bizim səlahiyyətimizə aid deyil".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər