Ru
10:17 / 09 Dekabr 2023

Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu

Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
Eye

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə dekabrın 8-də Türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhməd Akif Ərsoyun anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan dilinə uyğunlaşdırılan “Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub.


Bakupost.az xəbər verir ki, təqdimat mərasimindən sonra TÜRKSOY-un 30 illik yubileyi ilə əlaqədar Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinə TÜRKSOY-un “Şərəf”, “TÜRKSOY Medalı” və “TÜRKSOY-un 30 illiyi” medalları təqdim edilib.

Azərbaycan Yazıçılar Birlyinin katibi, şair Səlim Babullaoğlu türk mədəniyyəti və sənətinə verdiyi töhfələrə görə “TÜRKSOY Medalı” ilə təltif olunub.

Medalı Səlim Babullaoğluna TÜRKSOY-un baş katibi Sultan Rayev təqdim edib.




Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar