Ru
00:50 / 16 Fevral 2019

Şəmkirdə mübahisə edən gənc bıçaqlandı

2477
Şəmkir rayonunda
bıçaqlanma hadisəsi olub. BakuPost-un məlumatına görə, hadisə Könüllü kəndində baş verib.  1993-cü il təvəllüdlü Kənan
Qərib oğlu Məmmədov tanışı ilə mübahisə zamanı 2 bıçaq yarası alıb. Yaralı Gəncə
şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.   Qeyd edək ki, K.Məmmədovun
da mübahisə etdiyi şəxsə xəsarət yetirdiyi bildirilir.   Faktla bağlı Şəmkir
rayon Polis Şöbəsində araşdırma aparılır.   Daha əvvəl Şəmkir
rayonunda kişi həyat yoldaşı və qayınanasına balta ilə xəsarət yetirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər