Ru
15:50 / 25 İyun 2019

Sergey Şoyqu Azərbaycan silahları ilə tanış olub

2404
Rusiya müdafiə naziri Sergey Şoyqu Moskva vilayətinin Alabino poliqonunda yerləşən "Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində keçirilən "ARMY-2019" V Beynəlxalq Hərbi-Texniki Forumunda Azərbaycan stendi ilə tanış olub. Bakupost-un APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycanın Müdafiə Sənayesi nazirinin mavini Yəhya Musayev Rusiya müdafiə nazirinə Azərbaycan stendində nümayiş olunan silahlar barədə məlumat verib.   O bildirib ki, Azərbaycanın sənaye kompleksi ilə Rusiya sənaye kompleksi arasında uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur və tərəflər bu əlaqələri daha da inkişaf etdirmək niyyətindədir. Qeyd edək ki, "ARMY-2019" V Beynəlxalq Hərbi-Texniki Forumu bu gün başlayıb və iyunun 30-na kimi davam edəcək. Forumda 12 ölkə təmsil olunur.
Sergey Şoyqu Azərbaycan silahları ilə tanış olub
Sergey Şoyqu Azərbaycan silahları ilə tanış olub
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər