Ru
23:55 / 24 Avqust 2019

Sərnişin avtobusu iki piyadanı vurdu

4385
Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. BakuPost-un APA-ya istinadən məlumatına görə, avtoqəza zamanı piyadaları avtobus vurub. Belə ki, Zabrat qəsəbəsində qeydə alınmış yol qəzasında 186 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu yolu keçmək istəyən iki piyadanı vurub. Nəticədə ağır xəsarət alan Rza və Əli adlı piyadalar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin daha ağır olduğu deyilir. Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər