"Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
S.Vaqifqızı xaricdən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb.
Məlumatı onun vəkili Elçin Sadıqov təsdiq edib.
Qeyd edək ki, ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
***
13:57
"Abzas Media” saytının baş redaktoru Sevinc Abbasovaya (Vaqifqızı) cinayət işi açılıb.
Bakupost.az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Onun barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara bu gün Xətai rayon məhkəməsində baxılacaq.
***
Bu gün saxlanılan "Abzas Media" saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) və saytın direktoru Ülvi Həsənli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Bakupost.az xəbər verir ki, Xətai rayon məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Ülvi Həsənli barəsində 4 aylıq, Sevinc Abbasova barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, "Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.