"SOCAR-ın Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” mövzusunda imtahanlar keçirilib. Əvvəllər də bir neçə dəfə keçirilmiş belə imtahanlar institutun iş rejimini pozmaqdan başqa bir işə yaramır".
Bunu
Bakupost.az -a institutun əməkdaşlarından biri deyib.
Onun sözlərinə görə, yüzlərlə insan iş-gücünü buraxıb imtahana hazırlaşmaq məcburiyyətində qalıb:
“İnstitut daxilində fəaliyyət göstərən klinikaya müraciət edən əməkdaşların sayı çoxalıb. Attestasiya imtahanlarını institutun baş mühəndisi Fazil Həsənov götürür. SOCAR-ın vitse-prezidenti Yaşar Lətifovun təbirincə desək, bu, “bir aktyorun teatrı” təsiri bağışlayır. İmtahanlar yenə sovetdənqalma ənənə üzrə, bilet çəkmə metodu ilə keçirilir. 6-7 nəfərlik komissiya üzvləri baş mühəndisi izləmək məcburiyyətində qalırlar. İmtahan keçirməkdə məqsəd heç də əməkdaşların biliyini müəyyənləşdirmək deyil. Fazil Həsənovun dediyi kimi, hər bir əməkdaşın arxasında kimin durduğunu müəyyənləşdirmək və gələcəkdə hər hansı xahiş etmək məqsədi daşıyır. İnstitutda keçirilən imtahanlarla əlaqədar baş mühəndis Fazil Həsənova məxsus bir deyim dillər əzbəridir: “Bu axmaqlar elə bilirlər ki, oxumaqla imtahan vermək olar”. Maraqlıdır, əgər doğrudan da Fazil Həsənovun dediyi kimi, oxumaqla imtahan vermək mümkün deyilsə, o zaman o, niyə bu qədər insanı stress altında saxlayır? Bunun nə mənası var?"
Şikayətçinin bildirdiyinə görə, 1000-dən artıq əməkdaşı olan Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunun baş mühəndisi Fazil Həsənovun dissertasiya işi, elmlər doktoru alimlik dərəcəsi almaq üçün topladığı, dərc etdirdiyi bütün materiallar, institutun vəsaiti hesabına dərc etdirdiyi kitablar (17-18 ədəd ) saxtadır.
O, həmçinin qeyd edib ki, baş mühəndis Fazil Həsənov Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) ev almaq üçün də saxtakarlığa əl atıb:
"İlk saxtakarlığı 1990-cı illərdə əkiz övladlarının olması barədə saxta sənədlə ev almaq cəhdi olub. Amma bu cəhd uğursuz alınıb. Ev almaq üçün növbəti saxtakarlıq cəhdi isə uğurla nəticələnib. MİDA-nın sosial təbəqə üçün inşa etdirdiyi Yasamal Yaşayış Kompleksində güzəştli mənzilə yiyələnib. MİDA-nın Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı zamanı qanunsuz şəbəkə quraraq vətəndaşlara pul müqabilində ev udmaqda kömək edən vətəndaşlardan biri də Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunun əməkdaşı, İT mütəxəssisi Məmmədov Elçin Elman oğlu olub. Yüksək sürətli internet və bir neçə kompüterdən eyni vaxtda istifadə imkanı institutun baş mühəndisi Fazil Həsənovun icazəsi olmadan mümkün deyil. Elçin Məmmədov birbaşa Fazil Həsənovun rəhbərliyi altında fəaliyyət göstərib”.
Şikayətçi bildirib ki, baş mühəndisin aztəminatlı sosial təbəqə üçün nəzərdə tutulmuş evlərdən mənzil alması mənəviyyat məsələsidir:
"İnsanları yüksək vəzifəyə təyin edən zaman mənəviyyat, vicdan deyilən məfhumlar nəzərə alınımırmı?"
İnstitutun əməkdaşı Fazil Həsənovun kadr seçimi ilə əlaqədar narazılığını da bildirib. O, rəhbər vəzifələrə qadın əməkdaşların cəlb olunduğunu qeyd edib:
“Fazil Həsənovun rəhbərliyi dövründə kurasiyasında olan şöbələrdə rəhbər vəzifələrdə qadın əməkdaşlar irəli çəkilir. Şöbə rəisləri və layihənin baş mühəndisləri vəzifələrində qadınlar üstünlük təşkil edir. Halbuki, dəniz və quru obyektlərinə tez-tez getmək nöqteyi-nəzərindən həmişə bu vəzifələrə kişi əməkdaşların təyin olunması prioritet olub. İnstitutda qadın əməkdaşların rəhbər vəzifələrə təyin olunması gender bərabərliyi prinsipinə əsaslanır, yoxsa institutun baş mühəndisinin başqa kriteriyaları da mövcuddur?”
Qeyd edək ki, sözügedən ittihamlarla bağlı F.Həsənovun mövqeyini öyrənməyə çalışdıq. Lakin SOCAR-ın mətbuat xidmətindən bildirdilər ki, F.Həsənov institutda deyil.
Zaur
BakuPost
Məqalədə institutda baş verənlərin cüzi hissəsi əks olunub.
Bele bir veziyyet butun olke erazisinde bas verir, hami da her seyi cox gozel bilir, amma ne olsun ki, bu adam cildine giren iblisler, gormemisler, zeli kimi darasib Azerbaycanin canina...
Bir çox insanların haqqına girib Faaaaazıl
SSRİnı adını çəkməyə belə cürətimiz çatmayan Kremlyanlar buraxdırandan öncə 1987ci ilin fevralından sonsuz göygurultusu kimi şüarlarla başladığımız süverenliyə hələ də tam nail olmamışıq? Təcavüzkar ətraf mühit-qonşular olsa da, başlıca səbəb bizim ailə, müəssisə-fabrik, kolxoz, kənd-qəsəbə, rayon-şəhər, ölkə kimi monolit açıq məsləhətsiz-konsensussuz fəaliyyətimizdir!? Ölkəni (İnstitutu İdarə Heyəti, dövləti PA kollektivi, hökuməti NK kollektivi, qanun-qaydaları 125 MV) təkbaşına şəxslər deyil, kollektivlər idarə etməlidir. Məgər, instituta SOCAR mənzil ayırmır? MİDA *qaydası*-ajiotajı da illərlə məzilə ehtiyacı olanların növbəsi olmuş ölkə üçün biabırçı qaydasızlıq deyilmi?
Beş sözdən ibarət cümlədə dörd səhv buraxan ismət.kasumov məqalənin qərəzli olduğunu hardan bilir? Əvvəl savadınızı və səviyyənizii artırın, sonra şərh yazın. Bütün xalq oxuyur sizin şərhinizi.
SOCAR-da və digər qurumlarda yaradılan İnsan resursları departamentləri ancaq dayısi olan adamlara xidmət edir.F.Həsənov düz deyir axmaqlar oxumaqla elə bilir ki,imtahandan keçəcəklər.Pulu və dayısi olanları elə işə qəbul edirlər ki, özlərindən başqa heçbir adam bunu bilmir.İRD-ancaq dayısı olan insanlara xidmət edir.Yazıq savadı olan insanlar qalıb kənarda.Adını düzgün yaza bilməyənlər,savadsızlar is və vəzifə başindadirlar.Bir qəribə ağlamaq keçir könlümdən....
Məqalə qərəzlidi,və həqiqəti əks etmir