Suriyada hərbi hava qüvvələrinin qırıcısı vuruldu

713
Suriya müxalifətinin silahlı dəstələri İdlib əyalətində Suriya hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarənin vurulduğu barədə məlumat yayıblar. Təyyarənin Xan-Şeyhun və Əl-Tamanaa şəhərləri arasında yerə düşdüyü deyilir.

BakuPost-un məlumatına görə, bu barədə "Asharq Al-Awsat” qəzetinin electron versiyası yazıb.

Bildirilir ki, təyyarə silahlı dəstələrin Xan-Şeyhun şəhərindəki mövqelərinə hücum edən zaman vurulub.

Pilotun taleyi barədə bir məlumat verilmir.



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər