Ru
16:14 / 16 Avqust 2019

Sürücülərimizdən nümunəvi addım! - VİDEO

2295
Tıxac, aqressiya, bir birinin yoluna çıxmaq. Avtomobil yollarında bu kimi hadisələrin az şahidi olmamışıq.


Ən çox da pik saatlarda, ya da tıxaclarda sürücülərin bir-birinə qarşı aqresiyası, münasibəti daha geniş vüsət alır.


Kim necə gəldi digərinin yoluna çıxır, yol hərəkəti qaydalarını pozur və çox təəssüf ki, bu hallar qəzalara səbəb olur.


Amma sevindirici haldır ki, məsuliyyətli sürücülərimiz də az deyil. Sizə bununla bağlı qeyri-adi bir hadisədən bəhs edəcəyik.


Paytaxt küçələrində sıx və uzun tıxaclarda sürücülərin nümunəvi davranışı kameraya düşüb.


Bakupost baku.ws -ə istinadən xəbər verir ki, sürücülər yolda tıxac olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınının hərəkətinə maneə yaratmırlar.


Tıxaca rəğmən sürücülər Yol polisinin müdaxiləsi olmadan özləri yanğınsöndürən maşına yol açırlar. Sürücülər yanğınsöndürən maşının tıxacda yubanmasına imkan verməyib.


Bu məsuliyyətli sürücüləri alqışlayır, hər kəsi avtomobil sürərkən bu cür məsuliyyətli olmağa çağırırıq. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər