Sürücülərin nəzərinə! - Axşam bu prospektlərə "Sarı zolaq" çəkiləcək - FOTO

863
Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində "Sarı zolağın” çəkilişi işləri davam etdirilir.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Bakupost-a verilən məlumata görə, məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.

Agentlikdən bildirilib ki, bu çərçivədə 11 və 12 iyul tarixlərində axşam saat 22:00-dan səhər saatlarınadək Atatürk və Qara Qarayev prospektlərində xətlənmə işləri aparılacaq. Sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Qeyd edək ki, "Sarı zolağın” çəkilişinə iyul ayının 8-dən start verilib və müəyyən edilən marşrut üzrə digər küçə və prospektlərdə artıq yekunlaşdırılıb. Zolağın çəkilişi ilə bərabər müvafiq nişanlanma işləri aparılır və yol nişanları quraşdırılır, həmçinin asfalt üzərində təyin edilən yerlərdə xüsusi boya ilə festivalın logosu da vurulur. Sadalanan işlərin iyul ayının 18-dək tam yekunlaşdırılması nəzərdə tutulub.



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər