Ru
15:03 / 20 İyul 2019

Sürücünü 16 dəfə bıçaqlayıb, 34 manatını alan dəstə saxlanıldı - FOTOLAR

2734
Kürdəmir rayonu ərazisində taksi sürücüsünə qarşı quldurluq edən dəstə üzvləri saxlanaraq istintaqa cəlb edilib. 


DİN-dən  Bakupost-a verilən məlumata görə, hadisə zamanı Qaradağ rayon sakini Yaşar Səmədovun idarə etdiyi "Opel” markalı avtomobilə sərnişin kimi əyləşən 3 nəfər şəxs rayonun Sığırlı kəndi ərazisində ona hücum edərək sürücüyə 16 bıçaq xəsarəti yetiriblər. Sürücü ona hücum edən şəxslərdən canını qurtaqmaq üçün idarə etdiyi avtomobili yol kənarında quraşdırılan beton arakəsmələrə vurub.


Hadisə barədə məlumat daxil olan kimi Kürdəmir Rayon Polis Şöbəsindədərhal araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə təqsirli bilinən Ucar rayon sakinləri Nurlan Cıqqarov, Röyal İbrahimov və Pünhan Quliyev saxlanılıblar.


İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər hadisə günü əvvəlcədən qurduqları plana əsasən Bakı-Qazax avtomobil yoluna çıxıblar. Onların məqəsədi isə avtomobil saxlatdıraraq sərnişin kimi əyləşib yolda üzərlərində olan kəsici alətlərlə sürücüyə hücm edib pulunu əldə etmək olub. Hadisə zamanı dəstə üzvləri izi itirmək məqsədi ilə sürücüyə yaşadıqları rayonun ərazisində yox kənarda hücum edərək quldurluq cinayəti törədiblər.


Qeyd edək ki, saxlanılan şəxslər quldurluq yolu ilə zərərçəkənin 34 manat pulunu ələ keçiriblər. Hadisə zamanı bıçaq xəsarəti alan Yaşar Səmədov üzləşdiyi cinayətin qısa zamanda açılmasını təmin etdiyi üçün polis əməkdaşlarına təşəkkürünü bildirib.


Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirlir.Polis əməkdaşlarıdəstə üzvlərinindigər cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Kürdəmir RPŞ-yə müraciət edə bilərlər. 
Sürücünü 16 dəfə bıçaqlayıb, 34 manatını alan dəstə saxlanıldı -  FOTOLAR
Sürücünü 16 dəfə bıçaqlayıb, 34 manatını alan dəstə saxlanıldı -  FOTOLAR
Sürücünü 16 dəfə bıçaqlayıb, 34 manatını alan dəstə saxlanıldı -  FOTOLAR
Sürücünü 16 dəfə bıçaqlayıb, 34 manatını alan dəstə saxlanıldı -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər