Ru
12:41 / 27 İyun 2019

Tahir Kərimlidən maliyyə aministiyası ilə bağlı - TƏKLİF

1599
"Büdcəni bir neçə dəfə artırmaq istəyiriksə maliyyə aministiyası elan etməliyik, bunu başqa yolu yoxdur”.


Bakupost xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.


"Qisasçılıq, milliləşdirmə yol deyil. Bu bazar iqtisadiyyatıdır, insanlar şəxsi mülkiyyətini artırıblar. On minlərlə belə insan var. Bunları biz nə üçün cinayətkar kimi təqib etməliyik? Niyə daim onları mallanıı geri almaq qorxusu ilə yaşadaq, pullarına göz dikək? Bunun üçün də maliyyə aministiyası elan etməliyik. Milli Məclis aministiya qəbul etməlidir ki, bu günə qədər nə qazanıblarsa onların mənbəyi soruşulmayacaq. Onlar gəlib Vətəndə investisiya qoysunlar, iş yeri açsınlar”, - deyə o, qeyd edib.


Deputat partiya işçilərinin maliyyə təminatını artırlmasının vacibliyini də vurğulayıb: "Qarşıdan bələdiyyə seçkiləri gəlir, partiyaları möhkəmləndirmək lazımdır. Bəzi dövlətlərdə proporsional seçki məsələsi ortaya qoyulur. Artan pulun yarım faizi (0,5%) siyasi partiyaların maliyyələşməsinə xərclənsin. Siyasi partiyalarda işləyənlərin də sosial təminata ehtiyacı var. Bunun bir neçə partiya adından xahiş edirəm”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər