Ru
11:19 / 27 İyun 2019

Tağıyevin heykəli "İçərişəhər" stansiyasının qarşısında qoyulacaq? - TƏKLİF

2058
"Hacı Zeynalabdin Tağıyevin heykəlinin forması ilə bağlı təkliflər hələ ki müzakirə mərhələsindədir". 


Bakupost APA-ya istinadən xəbər verir ki, bunu Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə açıq heykəltəraşlıq müsabiqəsinin münsiflər heyətinin üzvü, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib. 


O bildirib ki, müsabiqə iyunun 30-da başa çatır. E.Qaımzadə qeyd edib ki, müsabiqə başa çatandan sonra münsiflər heyəti ən layiqli layihəni seçəcək: "Tağıyevin heykəlinin isə "İçərişəhər" metrostansiyasının qarşısında qoyulması təklif olunur. Hələlik bundan başqa bir təklif yoxdur". 
İttifaq sədri Azərbaycanın görkəmli memarları - Mikayıl Hüseynov və Sadıq Dadaşova da heykəl qoyulması planlaşdırıldığını vurğulayıb: "Artıq heykəllərin eskizləri hazırdı, Mədəniyyət Nazirliyinə təqdim edilib".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər