“Saatlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həkim-pediatrı Mürəddin Rəhimov vəfat edib.
"Bakupost" xəbər verir ki, M. Rəhimov 2022-ci ildən Nabatkənd tibb məntəqəsinin müdiri vəzifəsində çalışıb.
Mürəddin Rəhimov, 1960-cı il fevral ayının 8-də Saatlı rayonu Qarayevka kəndində anadan olub. 1978-1984-cü illərdə ATU-nun pediatriya fakültəsini bitirib. 1985-ci ildə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında internatura keçib.
Allah rəhmət eləsin!
Aygün, BakuPost