Ru
00:44 / 25 Avqust 2024

Tanınmış jurnalistin evi qarət olundu - VİDEO

8745

Tanınmış jurnalist Yelena Sidorenkonun bağ evi qarət olunub.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist özü məlumat verib.

Bildirib ki, iki gün öncə "Ləyiş bağları" ərazisində yerləşən bağ evlərinin kameraları sıradan çıxıb. Bu gün bağa baş çəkməyə gedən həyat yoldaşı evin qarət olunduğunu görüb: "Yoldaşım bağa gedəndə görüb ki, oğrular işıq sayğacını sındırıblar. Bu səbəbdən də kameralar sıradan çıxıb. Daha sonra kombini, kondisioneri və samovarı bağın hasarının üstündən keçirərək aparıblar".

Jurnalist baş verənlərlə bağlı 102 xidmətinə məlumat verdiklərini deyib. Eləcə də qeyd edib ki, paylaşımından dərhal sonra DİN-dən hadisəyə reaksiya verilib və məsələ nəzarətə götürülüb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar