Ru
17:19 / 04 Dekabr 2018

Tanınmış təhsil eksperti kitab satıcılarıyla görüşdü - Ölkənin ən çox oxuyan adamı... – FOTO+VİDEO

2810
Bu gün tanınmış təhsil eksperti Etibar Əliyev  "Qanun” Nəşriyyatında "Əli və Nino” kitab mağazaları şəbəkəsində çalışan satıcılarla görüşüb.  


E. Əliyev BakuPost-a açıqlamasıda deyib ki, istər mədəni, istərsə də çeşid baxımından ölkədə ən zəngin kitab mağazaları şəbəkəsinin satıcıları ilə keçirilən görüşdə tövsiyələrini bildirib. 


Təhsil eksperti illərdir, "Əli və Nino” mağazaları şəbəkəsindən kitab aldığını bildirib: "Çünki bu kitab mağazaları şəbəkəsində həmişə dinamika var. İstər yeni bədii ədəbiyyatlar, istərsə də elmin populyarlaşması istiqamətində ədəbiyyatların mütəmadi yenilənməsi istiqamətində yeganə kitab mərkəzi olduğu üçün həmişə bu kitab mağazaları şəbəkəsinə üz tuturam. Şübhəsiz ki, müqayisə etsək, burada qiymətlər də çox baha deyil. Mən bu kitab mağazaları şəbəkəsində çalışan və işini bilən kitab satıcılarının işindən də çox razıyam. Treninqlərdə və müəyyən təlimlərdə onlar kitabı təqdim edə bilir, kitablar haqqında oxuculara məlum verirlər.  Bunun özü ölkədə kitaba marağı, kitabın dəyərini artırır. Gənc satıcılara tövsiyə etdim ki, oxucunun istədiyi istər bədii, istər təbiət, istərsə də elmi ədəbiyyat barədə müəyyən qədər məlumata malik olsunlar.  Düşünürəm ki, bu, gənclər üçün maraqlı bir təqdimat idi. Kitab satıclarını düşündürən xeyli suallara cavab verə bildik”.

 



E. Əliyev oxucuların universal, sahəvi, həvəskar və efemir oxuculara bölündüyünü söyləyib: "Efemir oxucular kimdəsə kitab görüb,  özündə də həmin kitabın olmasını istəyən oxuculardır. Bu təsnifat qruplarındakı oxuculara münasibətdə hansı davranışın sərgilənməsi mövzusunda təklilərim oldu”.  

Təhsil eksperti kitab satıcıları ilə görüşün təşkilinə də aydınlıq gətirib: "Qanun”  nəşriyyatının rəhbəri Şahğaz Xuduoğlu söhbət əsnasında mənə bildirdi ki, satıcılarla maraqlı bir treninq keçirib. Şahbaz Xuduoğlu bilir ki, mən "Əli və Nino” mağazalar şəbəkəsindən çoxlu sayda kitablar alıram. Mənim hətta endirim kartım da var. Şahbaz Xuduoğlu mənə bildirdi ki, bir alim, kitab bilicisi olaraq həmin satıcı gənclər qarşısında çıxış edib, öz tövsiyələrinizi verərsiniz. Mən də bu təklifi böyük məmnuniyyətlə qəbul etdim. Bu, mənim üçün yenilik oldu. Mən ilk dəfə gənclərə bu barədə mühazirə oxudum. Mühazirənin fəlsəfəsində duran əsas məqam o idi ki, satıcı kitab barədə məlumatlı olmalıdır. Tutaq ki, satıcı boş vaxtlarında iqtisadiyyat və  bədii ədəbiyyata dair kitablar oxumalı, böyük alimlərin bioqrafiyası ilə tanış olmalıdır. Bir sözlə, həm oxucunu informasiya ilə təmin etməli, həm də kitabı sata bilməlidir. Yeri gəlmişkən, mən 5-6 il əvvəl "Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbərliyinə tövsiyə vermişdim. Bildirmişdim ki, dünyada hazırda elmin populyarlaşdırılması istiqamətində çox böyük işlər aparılır, ölkəyə bu cür ədəbiyyatların gətirilməsinə ehtiyac var. Qısa zamanda bu mağazalar şəbəkəsi mənim istəyimi yerinə yetirdi, mənim və dostlarımın istədiyindən çox mağazaları belə ədəbiyyatlarla təmin etdi. Bu, həm tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün böyük əhəmiyyət kəsb edir”.


E. Əliyev görüşdən əvvəl "Əli və Nino” kitab mağazaları şəbəkəsinin satıcılarının çoxunu tanıdığını nəzərə çatdırıb: "Mən o satıcıların kitablar haqqında məlumatlı olduqlarını bilirəm. Məsələn, mən hansısa filosofun əsərini soruşduqda, əgər mağazada varsa, onlar qısa vaxtda həmin kitabı tapıb təqdim edə bilirlər. Hətta bir çox hallarda xüsusilə bədi  ədəbiyyat sahəsində oxuculara məlumat vermələrinin şahidi olmuşam. Söhbət burada satıcıların ali təhsillə bağlı diplomlarının olub-olamamasından deyil, işlərini bilməsindən gedir. Bu satıcılar da işlərini bilirlər. Bu sahədə həmin gənclərdə müəyyən səriştələr, bacarıqlar formalaşıb ki, bunun özü kitabın təqdimatında və kitabla bağlı gəncliyin formalaşmasında böyük əhəmiyyət kəsb edir”.


Etibar Əliyev "Əli və Nino” kitab mağazaları şəbəkəsinin satıcıları ilə görüşüb


Qeyd edək ki, Etibar Əliyev kitab satıcılarının ən sevimli müştərisi hesab olunur. Onların fikrincə, ölkədə ən çox kitab oxuyan adamlarıdan biri məhz Etibar Əliyevdi. Onun böyük kitabxanası, kitab kolleksiyası var. 





Tanınmış təhsil eksperti kitab satıcılarıyla görüşdü - Ölkənin ən çox oxuyan adamı...  – FOTO+VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər