Ru
22:14 / 17 Avqust 2019

Tankçılarımız 24 ölkə arasında 4-cü olub

2980
Rusiyada V Beynəlxalq Ordu Oyunları başa çatıb. Rusiya daxil olmaqla 10 ölkədə keçirilən oyunlara Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda baş tutan "Tank biatlonu” müsabiqəsi ilə yekun vurulub. BakuPost  APA-ya istinadən xəbər verir ki, müsabiqənin finalında Azərbaycan , Rusiya, Belarus və Qazaxıstan komandaları mübarizə aparıblar. Müsabiqənin qalibi Rusiya komandası olub. Azərbaycan komandası isə "Tank biatlonu” müsabiqəsində 24 ölkə arasında 4-cü yeri tutub. Müsabiqənin final mərhələsini Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov da izləyib. Bundan öncə isə Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə bilrlikdə Alabino poliqonunda açılan Dostluq Evindəki Azərbaycan pavilyonu ilə tanış olublar. Daha sonra V Beynəlxalq Ordu Oyunlarının bağlanış mərasimi keçirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər