Tbilisinin mərkəzi Azadlıq meydanında eks-prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə kütləvi mitinq başlayıb.
Bakupost.az xəbər verir ki, aksiyada ilk öncə oktyabrın 8-də Batumidə baş vermiş faciə nətcəsində ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mitinq iştirakçıları “Yaşasın Gürcüstan!” şüarı səsləndiriblər.
Hazırda səhnədə “Lex-Seni” ləqəbli reper mahnı ifa edir.
***
Tbilisinin Azadlıq meydanında keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçirilən kütləvi mitinq davam edir.
“Mtavari arxi” telekanalının baş direktoru Nika Qvaramiya iştirakçılara üçüncü prezidentin müraciətini oxuyub.
M.Saakaşvili Gürcüstana niyə döndüyünü izah edib: “Mənə hətta yaxın olan Ukraynada xoşbəxt ola bilmirəm. Sevimli vətənimdə bu qədər amansızlıq və fəlakətlər gördüyüm zaman mən başqa yerdə ola bilmərəm”.
Siyasətçinin sözlərinə görə, Gürcüstanı Qərb yoluna qaytarmaq lazımdır: “Biz bir yerdə Gürcüstanı demokratiya, islahatlar və inkişaf mayakına çevirməliyik. Gürcüstanı azad və xilas etmək zamanı artıq yetişib. Bu gün birliyə ən çox ehtiyac var”.
Mitinq müxalifət liderlərinin çıxışları ilə davam etdirilir.