Tbilisidə qasırğa nəticəsində iki əcnəbi öldü

959
Tbilisidə güclü külək nəticəsində mərkəzi Rike parkında baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alan digər Koreya vətəndaşı ölüb.

BakuPost.az
"Report”a istinadən xəbər verir ki, xəsarət alanlardan biri olan qadın ağır vəziyyətdə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Beləliklə, park ərazisində dəmir konstruksiya və daş parçalarının aşması nəticəsində ölənlərin sayı ikiyə çatıb. Hadisə yerində ölən kişi də Koreya vətəndaşı olub.

Bədbəxt hadisə nəticəsində xəsarət alan üçüncü şəxs isə ağır vəziyyətdə xəstəxanadadır.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər