Ru
00:14 / 19 Avqust 2019

Təhsil ekspertindən İTTİHAM: "Mafioz vəkil"

3319
"Vəkil Adil İsmayılov ölkədə baş verən cinayət hadisələri ilə bağlı palaz-palaz xatirələrini yazır. Hadisələrdən 20-25 il keçəndən sonra yaddaşı təzələnib. Azərbaycanda memuar mədəniyyəti olmadığına görə tanınmış adamlar da gündəlik yazıları və müsahibələri ilə yadda qalmaq istəyirlər".

 

BakuPost-un məlumatına görə, bunu təhsil eksperti Etibar Əliyev vəkil Adil İsmayılov haqqında yazıb.

 

Etibar Əliyev daha sonra yazır: "Adil İsmayılov da tamam yaddan çıxmışdı. Son yazısını güclə oxudum. İsgəndər Həmidovun Zərdüşt Əlizadəyə şillə vurmasını təzədən gündəmə gətirir. Adam hələ də bilmir ki, yazdıqları artıq heç biri maraq kəsb etmir. Elə bil ki, uşaqların məhəllə davalarını təsvir edir. Özünü isə bütün situasiyalardan qəhrəman kimi çıxarır.
Bu ölkədə 3-5 yaxşı vəkil tanıyırıq. Onların iki nəhəngi İsaxan Aşurov və Elton Quliyev axirətdədir. Adil İsmayılov isə bu sıraya daxil deyil. Onun timsalında artıq "mafioz vəkil" anlayışı dövriyyəyə daxil olub. Bu adamın indiyə qədər bir kasıbın vəkili olduğunu görübsünüzmü?".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər